Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilib
Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Ukraynanın vitse-çempionu olan Kiyev “Dinamo”su evdə çətinliklə olsa da, Hollandiya “Feyenoord”unu üstələyib. “Dinamo”ya əzmkar qələbə qazandıran qolu matçın 69-cu dəqiqəsində kiyevlillərin əsas bombardiri İdeye vurub. “Panatinaikos” isə Şotlandiyada “Motervell”lə oyunda hər hissəyə 1 qol vurmaqla cütün taleyini praktiki olaraq həll edib


Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyunlar

“Dinamo” (Ukrayna) – “Feyenoord” (Hollandiya) - 2:1

“Motervell” (Şotlandiya) – “Panatinaikos” (Yunanıstan) – 0:2

Qeyd edək ki, mərhələnin qalan ilk oyunlarına bu gün yekun vurulacaq.

Xəbər 1005 dəfə oxundu.