Gimnastımız Dilarə Qurbanova dünya yaş qrupları yarışında fərdi proqram ilə çıxış edib
Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir.

Fərdi qadın gimnastların yarışında Azərbaycan təmsilçisi Dilarə Qurbanovanın çıxışı hakimlər tərəfindən 18,450 xalla qiymətləndirilib. Gimnastımız 16-cı pillədə qərarlaşdırılıb.

15-17 yaşlı gimnastların yarışına 20 xalla Rusiya idmançısı Varvara Zibina liderlik edir.

Sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 358 dəfə oxundu.