Azərbaycan Bakıda keçiriləcək Formula 1 Qran-Prisini mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdır
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin baş tutması üçün hər hansı problem olmayacaq. Azərbaycan Bakıda keçiriləcək turniri mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdır.
Bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva mayın 21-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyədə təşkil olunması nəzərdə tutulan Formula 1 Qran-Prisi yarışa az müddət qalmış ləğv olunub. Biz isə demək olar ki, hazırlıq işlərini başa çatdırmaq üzrəyik. Bakıda keçiriləcək Azərbaycan Qran-Prisinin təxirə salınması və ya ləğv edilməsi gözlənilmir.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 4-6-da keçiriləcək.


Xəbər 362 dəfə oxundu.