Monako Knyazlığının sakinləri 78-ci Formula 1 Qran-Prisini izləmək üçün koronavirus testi verməyəcəklər
Monako Knyazlığının sakinləri COVID-19 testindən azad olsalar da, xarici tamaşaçılar PCR neqativ test cavabı (son 72 saat ərzində) təqdim etməli olacaqlar. Monako Qran-Prisinin iqtisadi cəhətdən, eləcə də Knyazlığın imicinə görə, ən yaxşı şəraitdə baş tutmasını təmin etmək istəyirik.

Bu fikirləri Monakonun dövlət katibi Pyer Dartu söyləyib. Bildirib ki, Qran-Pri yarışları minimal tamaşaçı iştirakı və tələb olunana sanitar qaydalar çərçivəsində keçirləcək. Monako dövlət katibi tamaşaçı qismində daha çox italiyalıların olacağını deyib.

Qeyd edib ki, mayın 23-də keçiriləcək 78-ci Monako Formula 1 Qran-Prisinin 7500 PCR testi keçmiş tamaşaçı tərəfindən izləniləcəyi gözlənilir.

Xəbər 354 dəfə oxundu.