Samir Abbasov futbol üzrə Azərbaycan çempionatında kubok sevinci yaşayan 11-ci çalışdırıcıdır | |
“Neftçi” klubunun çalışdırıcısı Samir Abbasov ötən gün komandasının Premyer Liqanın qalibi olması ilə baş məşqçi kimi Azərbaycan çempionu olan 11-ci mütəxəssis kimi ölkə futbolunun tarixinə düşüb. “Neftçi”nin baş məşqçisinə qədər 10 mütəxəssis komandası ilə qızıl medal qazanıb. Mütləq rekord Qurban Qurbanova məxsusdur. O, 7 dəfə çempionluq sevinci yaşayıb. Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 dəfə çempion olublar. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Sxadadze və Arif Əsədov bir dəfə belə uğura imza atıblar. AZƏRTAC |
|
Xəbər 359 dəfə oxundu. |
|
|