Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlaşır
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında iştirak edəcək. Pandemiya səbəbindən uzun müddətdir yarışlardan kənar voleybolçularımız artıq məşqləri bərpa ediblər.

Millimiz Qızıl Avropa Liqasında Fransa, Rumıniya və İspaniya seçmələri ilə "A" qrupunda yarışacaq. Komandamız turnirdə məşqçi Vüqar Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Ona Eldar Yusubov və Famil Ağayev kömək edəcəklər.

Yığmamızın hazırlığı barədə məlumat verən V.Əliyev qarşıdakı oyunlara ciddi səylə hazırlaşdıqlarını deyib. O, gənc voleybolçularımızın heyətə cəlb olunacağını və onlara qarşıdakı yarışda böyük ümidlər bəslənildiyini bildirib.

Qızıl Avropa Liqasında ilk dövrənin oyunları mayın 28-dən 30-dək Rumıniyada keçiriləcək. Daha sonra komandamız Fransaya yollanacaq. Buradakı qarşılaşmalar iyunun 4-dən 6-dək təşkil olunacaq.

Xəbər 354 dəfə oxundu.