Əfqan və Sərdar mübarizəni başa vurdular
London olimpiadasının ağırlıqqaldırma yarışlarında bu gün 69 kq çəki dərəcəsində yarışlar keçirilib.

Bu çəkidə 2 Azərbaycan idmançısı yarışıb. Əfqan Bayramov A qrupunda, Sərdar Həsənov isə B qrupunda mübarizə aparıblar.

Birdən qaldırmada 138 kq çəkinin öhdəsindən asanlıqla gələn Sərdar ardınca 145 kq-nı başı üzərinə qaldırıb. 3-cü cəhddəki 150 kq isə onun üçün əlçatmaz olub. Burada həmyerlimiz liderdən 3 kq geri qalaraq, 2-ci yerə şərik olub.

Təkanla qaldırmada isə 167 və 176 kq-nın öhdəsindən gələn Həsənov 181 kq çəkidə “ilişib”. Bu növdə 3-cü olan Həsənov 2 hərəkətin cəmində də 3-cü olub. O, 321 kq ilə liderdən 8, 2-ci yerdən 7 kq geri qalıb.

A qrupundakı 14 atlet mübarizəyə qoşulduqdan sonra Həsənov mövqeyini itirib və yekun nəticədə 8-ci yeri tutub.

Əfqan Bayramov isə birdən qaldırma hərəkətində ilk cəhdində 142 kq çəkini sifariş edən həmyerlimiz 3 yanaşmasının heç birində müvəffəqiyyət qazana bilməyib və yarışları nəticəsiz başa vurub.

Bu çəkinin qalibi Qinqfenq Lin olub. Cinli atlet 2 hərəkətin cəmində 339 kq (157 kq + 182 kq) çəkinin öhdəsindən gəlib.

Qeyd edək ki, Olimpiadaya qazanılmış yeganə medalımız ağırlıqqaldıranların aktivindədir. Valentin Xristov (56 kq) yarışların bürünc medalınl qazanıb.

Xəbər 1440 dəfə oxundu.