“Beşiktaş” Türkiyə kubokunun qalibi olub
Futbol üzrə Türkiyə kubokunun sahibi müəyyənləşib.

Həlledici matçda "Beşiktaş" və "Antalyaspor" üz-üzə gəlib. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Beşiktaş"ın qollarını Souza və Valentin Rosyer vurub.

Bununla da "qara qartallar" tarixində 10-cu dəfə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, "Beşiktaş" 2020-2021-ci il mövsümündə Türkiyə Superliqasının qalibi adına da yiyələnib. Bununla da komanda bu mövsüm iki kubok qazanaraq "qızıl dubl"a imza atıb.

Xəbər 350 dəfə oxundu.