"Neftçi" baş məşqçi Samir Abasov ilə müqavilənin müddətini uzatmağa hazırlaşır
"Neftçi" klubunun rəhbərliyi baş məşqçi Samir Abasovla müqavilənin müddətini uzatmağa hazırlaşır.

Komandanın çempionluğa nail olub-olmamasından asılı olmayaraq hazırkı baş məşqçi ilə yeni anlaşma imzalanacaq.

Müqavilənin müddəti isə 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, ötən ilin noyabrında Füzuli Məmmədovu əvəzləyən mütəxəssis barədə bu qərarın yaxın günlərdə açıqlanması nəzərdə tutulub.

Xəbər 369 dəfə oxundu.