Azərbaycan millisinin üzvü karyerasını Yunanıstanda davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko karyerasını Yunanıstanda davam etdirəcək.

28 yaşlı hücumçu “Panatinaikos” klubu ilə müqavilə imzalayıb. O, 2021/2022-ci il mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq.

Voleybolçumuz bir müddət əvvəl Belarusun “Minçanka” klubu ilə yollarını ayırıb.

Qeyd edək ki, 2014/2015-ci il mövsümündə də Yunanıstanda oynayan M.Stepanenko “Olimpiakos”un formasını geyinib.

Xəbər 403 dəfə oxundu.