Azərbaycan bodibildinqçiləri Avropa çempionatında 4 medal qazanıblar
Azərbaycan komandası İspaniyanın Santa-Suzana şəhərində təşkil olunan bodibildinq üzrə Avropa çempionatında uğurla çıxış edib.

Turnirdə mens fizik yarışlarında mütləq koteqoriyada idmançımız Rasim Həsənov bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına sahib olub.

Mens fizik yarışlarında boyu 182 santimetrdən yüksək olan idmançıların mübarizəsində təmsilçimiz İmaş Qulizadə bürünc medal qazanıb.

95 kq çəki dərəcəsində iki idmançımız fəxri kürsüdə yer alıb. Belə ki, Fuad Quluzadə gümüş, Nizami Misirov isə bürünc medal əldə ediblər.

Xəbər 376 dəfə oxundu.