Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışını davam etdirir
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Avropa Olimpiya təsnifat turnirinə hazırlığı Özbəkistanda davam etdirir.

Umberto Orta Dominqesin rəhbərlik etdiyi komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunan məşqlərə 6 boksçu ilə qatılıb. Hazırlıq prosesinə boksçularımızdan Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Məhəmməd Abdullayev (+91 kq) və Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) qatılıblar.

Özbəkistanda təlim-məşq toplanışı mayın 23-dək davam edəcək.

Avropa Olimpiya təsnifat turniri iyunun 4-8-də Parisdə keçiriləcək.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev dörddəbir finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb.

Xəbər 385 dəfə oxundu.