“Keşlə” aparıcı futbolçusu Sezar Meza Kollini satmağa hazırdır
Bakının “Keşlə” klubu aparıcı futbolçusu olan Sezar Meza Kollini satmağa hazırdır.

Paraqvaylı yarımmüdafiəçiyə həm Azərbaycandan, həm də ölkə xaricindən təkliflər var.

Azərbaycandan “Neftçi” onun xidmətində ciddi şəkildə maraqlıdır. Rəhbərlik də yaxşı məbləğ qarşılığında Meza Kollini satmağın əleyhinə deyil.

Qeyd edək ki, futbolçunun “Keşlə” ilə ilin sonunadək müqaviləsi var.

Xəbər 381 dəfə oxundu.