"Neftçi" iki legioner hücumçusu ilə bu yay yollarını ayıracaq
Bakının "Neftçi" futbol klubu iki legioner hücumçusu ilə bu yay vidalaşmağı planlaşdırır.

Baş məşqçi Samir Abasov həm Stiven Monrozun, həm də bu qış icarəyə götürülən Ahmed Ahmedovun komandada qalmasını istəmir.

Məşqlərdəki hərəkətləri ilə meydandakı oyunu uzlaşmayan A.Ahmedovun icarə müqaviləsi uzadılmayacaq. Aldığı yüksək maaşın qarşılığını verə bilməyən Monroz da yola salınacaq.

Xəbər 381 dəfə oxundu.