“Sumqayıt” klubu Premyer Liqada 150-ci ev oyununu keçirib
“Sumqayıt” klubu Premyer Liqada 150-ci ev oyununu keçirib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisinin yubileyi XXVII turda gerçəkləşib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Neftçi”ni qəbul edib. Sumqayıtın eyni adlı təmsilçisi bu görüşdə 0:1 hesabı ilə uduzub.

2011-2012-ci il mövsümündən Premyer Liqada çıxış edən komanda öz meydanında keçirdiyi 150-ci matçda 60-cı məğlubiyyətini alıb. “Sumqayıt” bu görüşlərdə 51 qələbə qazanıb və 39 dəfə heç-heçə edib. Evdə 155 qola sevinən komanda 180 top buraxıb.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada ilk ev oyununu 2011-ci il avqustun 14-də keçirib. Həmin gün “Qəbələ”ni qonaq edən komanda 1:2 hesabı ilə uduzub.

Xəbər 366 dəfə oxundu.