Tokio Paralimpiya Oyunlarının başlamasına 100 gün qalır
Tokio Paralimpiya Oyunlarının başlamasına 100 gün qalmış təşkilatçılar yarışlar zamanı koronavirus təhlükəsizliyinin təmin olunması üçün var gücləri ilə çalışırlar.

Avqustun 24-də start götürəcək Paralimpiya Oyunlarında dünyanın 180 ölkəsindən və ərazi vahidindən 4400 idmançının iştirakı gözlənilir.

Oyunların təşkilat komitəsindən bildirildiyinə görə, Yaponiyada 80-dən çox idmançı, bütün dünya üzrə isə idmançıların 70 faizdən çoxu bu tədbirə qatılmaq üçün təsnifat mərhələsini keçiblər.

Hazırda Tokioda keçirilən test tədbirlərində təşkilatçılar paraidmançıların yoluxma riskini azaltmaq üçün lazımi işləri həyata keçirməyə çalışırlar.

Buna baxmayaraq, tibb işçiləri də daxil olmaqla bir çox mütəxəssislər Yaponiyada davam edən gərginlik dövründə dünyanın hər yerindən idmançıların ölkəyə gəlişi ilə bağlı narahatlıqlarını bildirirlər. Oyunların ölkənin səhiyyə sistemi üçün ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıqlar da səslənir.

Xəbər 358 dəfə oxundu.