Usta cüdoçularımız beynəlxalq turnirdə gümüş medala sahib olublar
Moskvada usta cüdoçular arasında beynəlxalq turnirə yekun vurulub.

15-ci dəfədir təşkil olunan yarışda Azərbaycanın veteran cüdoçuları ilə yanaşı, Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları da mübarizə aparıblar. Səkkizdəbir finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoçularımız dörddəbir finalda Qırğızıstana 5:0, yarımfinalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala yüksəliblər. Finalda meydan sahiblərinə 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalına sahib olub.

Turnirin bürünc medallarını Belarus və “RROS Qvardiya” komandaları aktivlərinə yazdırıblar.

Xəbər 379 dəfə oxundu.