“Beşiktaş” qələbə qazanaraq Türkiyə çempionu olub
Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Qalatasaray" səfərdə "Yeni Malatyaspor"u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 3:1 hesabı ilə qalib gəlib.

"Beşiktaş" isə doğma meydanda "Göztəpə"ni 2:1 hesabı ilə məğlub edib.

"Fənərbağça" səfərdə "Kayserispor"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, bu qələbədən sonra "Beşiktaş" 84 xal toplayaraq Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan "Qalatasaray" ikinci, 82 xala malik olan "Fənərbağça" isə üçüncü olub.

Superliqanı tərk edən klublar isə "Ərzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınib:

"Ankaragücü" - "Alanyaspor" - 0:1;

"Antalyaspor" - "Konyaspor" - 0:0;

"Fatih Karagümrük" - "Dənizlispor" - 5:1;

"Hatayspor" - "Qaziantep" - 0:1;

"Rizəspor" - "Başakşəhər" - 0:2;

"Sivasspor" - "Kasımpaşa" - 2:1;

"Trabzonspor" - "Gənclərbirliyi" - 2:1:

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda mübarizə aparıb.

Xəbər 556 dəfə oxundu.