London 2012: ağırlıqqaldırma növündə bu gün keçiriləcək yarışın iştirakçıları 2 qrupda güclərini yoxlayacaqlar
London Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma növündə bu gün keçiriləcək yarışın iştirakçıları 2 qrupda güclərini yoxlayacaqlar. İdman.com.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq 24 atletdən 10-u B, 14-ü A qrupunda yer alıb.

Bu çəkidə möhtəşəm oyunlara qatılacaq Azərbaycan təmsilçiləri bir-birindən ayrı qruplara salınıb. Sərdar Həsənov Bakı vaxtı ilə saat 14:00-da yarışa başlayacaq zəiflərin arasında çıxış edəcək. Əfqan Bayramov isə saat 23:00-da əsas favoritlərlə birlikdə A qrupunda mübarizə aparacaq.

Birdən qaldırma
İlk cəhd - 138 kq sifariş edib, asanlıqla qaldırıb.
İkinci cəhd - 145 kq-ı ram etməkdə çətinlik çəkməyib.
Üçüncü cəhd - 150 kq-ın öhdəsindən gələ bilməyib

Təkanla qaldırma
İlk cəhd - 167 kq çəkinin öhdəsindən gəlib.
İkinci cəhd - 176 kq çəkini də qaldırmaqda çətinlik çəkməyib.
Üçüncü cəhd - 181 kq çəki sifariş etsədə bu çəkinin öhdəsindən gələ bilməyib.

Qeyd edək ki, Olimpiadaya 5 kişi və 1 qadın atletlə yollanan millimizin artıq 2 idmançısı çıxışını başa vurub. Onlardan Valentin Xristov (56 kq) 3-cü, Boyanka Kostova (58 kq) 5-ci yeri tutub.

Xəbər 1443 dəfə oxundu.