Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət millisi Bakıda təlim-məşq toplanışındadır
Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət millisi Bakıda təlim-məşq toplanışı keçir.

Mayın 10-dan paytaxtda yığmamızla birgə hazırlıq prosesinə start verilib.

Olimpiya Güləş Mərkəzində keçirilən birgə təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesi qarşıdan gələn yarışlara, o cümlədən iyunun sonu - iyulun əvvəllərində Almaniyanın Dortmund şəhərində keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında olub. Həm Türkiyə, həm də Azərbaycan yığmalarının məşqçiləri ilə görüşən səfir onlarla xatirə şəkli çəkdirib.

Xəbər 450 dəfə oxundu.