Avropa çempionatının posterində Azərbaycan karateçisi Rafael Ağayevin də şəkli yer alıb
Xorvatiyanın Porec şəhərində keçiriləcək Avropa çempionatı ilə bağlı poster hazırlanıb.

Posterdə tanınmış karate ustaları ilə birgə dünyanın ən məşhur karateçilərindən biri olan dəfələrlə dünya və qitə çempionatlarının qalibi Rafael Ağayevin (74 kq) də şəkli yer alıb. R.Ağayev öz çəki kateqoriyasında qitə çempionatının favoritlərindən biridir.

Qeyd edək ki, Azərbaycan karateçilərinin də qatılacağı Avropa çempionatı mayın 19-23-də keçiriləcək.

Xəbər 418 dəfə oxundu.