Millimizin futbolçusu Ukraynada klubunu dəyişə bilər
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Anatoli Nuriyev “Minay” klubundan ayrıla bilər.

25 yaşlı futbolçunun “Kolos” klubuna keçəcəyi bildirilir. Bu barədə “Meta-ratings.com.ua” saytı məlumat yayıb.

“Minay” Ukrayna Premyer Liqasını tərk edib. A.Nuriyevin Ujqorod təmsilçisi ilə olan müqaviləsində belə bir maddə var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, oyunçu azad agent statusu alacaq. “Kolos” isə bundan yararlanaraq, A.Nuriyevi heyətinə qatmaq niyyətindədir.
A.Nuriyev bu mövsüm Ukrayna çempionatında 24 oyuna 10 qol vurub.

Xəbər 370 dəfə oxundu.