Kişi voleybolçulardan ibarət milli komandamız Gürcüstan millisini yoldaşlıq görüşündə məğlub edib
Tbilisidə Azərbaycan və Gürcüstanın kişi voleybolçulardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Oyun Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib.

Gərgin mübarizə şəraitində keçən yoldaşlıq görüşü Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları və hər iki ölkənin federasiya nümayəndələri izləyiblər.

Sonda komandaların kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar təqdim olunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan millisi Gürcüstanda 2021-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirib.

Xəbər 403 dəfə oxundu.