Rendall Brenes karyerasını harada davam etdirəcəyinə aydınlıq gətirməkdə çətinliklə üzləşib
“Xəzər Lənkəran”ın transferə çıxardığı Rendall Brenes karyerasını harada davam etdirəcəyinə aydınlıq gətirməkdə çətinliklə üzləşib. Buna səbəb “Çiki” ləqəbli futbolçunun müştərilərinin çox olmasıdır.

Belə ki, hücumçu ABŞ, Cənubi Koreya və İsveçrə klublarından təklif alıb. Brenesin agenti Adolfo Ernandes bildirib ki, ehtiyat variant kimi vətənə qayıtmaq da var: “Kosta-Rikanın istənilən klubu Rendallı heyətində görməkdə maraqlıdır. Lakin biz ölkədən kənardakı variantları götür-qoy edirik. Alınmayacağı halda, Kosta-Rika variantı haqda düşünəcəyik”.

Xəbər 1029 dəfə oxundu.