Cüdoçularımız Kazanda təlim-məşq toplanışı keçirlər
Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir.

Toplantıda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin üzvləri də iştirak edirlər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycanla yanaşı Rusiya, Fransa, Yaponiya, Koreya Respublikası, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.

Kazanda keçirilən təlim-məşqlərdə Olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri qarşıdakı dünya çempionatı və Olimpiya Oyunlarına hazırlıq çərçivəsində baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edirlər.

Beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.

Xəbər 371 dəfə oxundu.