Azərbaycan badmintonçusu Portuqaliyada keçirilən beynəlxalq turnirdə iştirak edib
Badminton üzrə milli komandamızın üzvü Edi Reski Dviçayo Portuqaliyanın Kaldaş-da-Rainya şəhərində keçirilən “56 Portuguese International Championships” turnirində çıxış edib.

Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşdə isveçrəli Kristian Kirçmayerə 2:0 (21:13, 21:15) hesabı ilə qalib gəlib.

Səkkizdəbir finalda Danimarka təmsilçisi Ditlev Yager Holmla qarşılaşan idmançımız turnirin qalibinə 0:2 (7:21, 13:21) hesabı ilə uduzub.

Xəbər 439 dəfə oxundu.