Badminton üzrə milli komandamızın məşqçisi “Trainer” sertifikatına layiq görülüb
Badminton üzrə Azərbaycan milli komandasının məşqçisi Ürfan Rzabəyli Avropa Badminton Konfederasiyasının təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil edilən “BEC Shuttle Time” məşqçilik kurslarını uğurla başa vurub.

Mayın 7-9-da keçirilən təlimlərdə ölkəmizlə yanaşı Fransa, İtaliya və digər ölkələrdən məşqçilik karyerasına yeni başlayan 15 badminton mütəxəssisinə bir sıra praktik və nəzəri məşğələlər keçirilib. Məşqçi (trainer), təlimçi (tutor) və müəllim (teacher) kateqoriyaları üzrə imtahan verən Ürfan Rzabəyli kursların ən yüksək sertifikatı hesab olunan “Trainer” sertifikatına layiq görülüb. Beləliklə, Ürfan Rzabəyli Dünya Badminton Federasiyası ilə Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants Programme 2020” layihəsi çərçivəsində Lənkəran, Qusar, Bakı, Sumqayıt və Gəncə şəhərlərində idman müəllimləri üçün nəzərdə tutulan “Shuttle Time” proqramında “Trainer” kimi yerli ixtisaslı mütəxəssis kimi iştirak edə biləcək.

Xəbər 431 dəfə oxundu.