Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları təşkil olunacaq
2021-ci ilin mayında Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, sayca 9-cu olan bu yarışlar mayın 21-23-də Milli Gimnastika Arenasında baş tutacaq.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Xəbər 355 dəfə oxundu.