“Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb
Azərbaycan Premyer Liqasının XXVI turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.

Azsport.az Peşəkar Futbol Liqasının saytına (PFL) istinadla xəbər verir ki, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir. Paytaxt təmsilçisi 2010-2011-ci il mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “Ağ-qaralar” rəqiblərinə 6 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 böyükhesablı qələbə qazanmışdı.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”I isə iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.

Xəbər 374 dəfə oxundu.