Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Turun son oyununda "Qarabağ" klubu "Səbail"in qonağı olub. Masazırda "Bank Respublika Arena"dakı qarşılaşma Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. Dörd dəqiqə sonra Mahir Emreli qüvvətli zərbə ilə fərqi artırıb. Matçın 41-ci dəqiqəsində Xayme Romero 3-cü topu meydan sahiblərinin qapısından keçirib. İlk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Maksim Medvedev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib. Bu qələbədən sonra xallarını 54-ə çatdıran "Qarabağ" yenidən liderliyə yüksəlib. "Sabah" isə 25 xalla 5-ci pillədə qalıb. Qeyd edək ki, günün ilk oyununda "Zirə" evdə "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb. Ötən gün keçirilən matçlarda "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Səbail"i 4:0 hesabı ilə məğlub edib. |
|
Xəbər 396 dəfə oxundu. |
|
|