Azərbaycan para-taekvondoçuları Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar
Para-taekvondoçu İmaməddin Xəlilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazanıb.

Bu qələbə sayəsində İmaməddin Xəlilov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa vəsiqəyə sahib olub.

Beləliklə, Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 13 lisenziya (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvondo – 4) qazanıblar.

Azərbaycan para-taekvondoçuları turnirdə uğurlu nəticə göstərərək “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştiraklarını təmin ediblər.
Qeyd edək ki, para-taekvondo idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb

Xəbər 389 dəfə oxundu.