Bolqarıstanlı gimnastlar dünya kubokunda 3 halqa və 2 cüt gürzlə yarışda birinci olublar
Bolqarıstanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda 3 halqa və 2 cüt gürzlə yarışda birinci olub.

Bolqarıstanlı gimnastların çıxışı hakimlər tərəfindən 43,150 xalla qiymətləndirilib.

İlk üçlüyü İtaliya (41,900 xal) və Belarus (39,850 xal) komandaları qapayıblar.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız isə 37,600 xalla beşinci olub.

"Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 391 dəfə oxundu.