İsrail gimnastı Linoy Aşram Bakıda ikinci qızıl medalını qazanıb
İsrail təmsilçisi Linoy Aşram Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında ikinci qızıl medalını qazanıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda fərdi gimnastların gürzlər ilə yarışında İsrail təmsilçisi 27,800 xalla birinci olub. Bolqarıstan idmançısı Boryana Kaleyn 27,400 xalla yarışı ikinci, rusiyalı Lala Kramarenko (27,150 xal) isə üçüncü pillədə başa vurublar.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Xəbər 385 dəfə oxundu.