Azərbaycanın qrup hərəkətləri komandası dünya kubokunda 5 topla yarışlarda bürünc medal qazanıb
Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın 5 topla çıxışı 44 xalla qiymətləndirilib.

Yarışın qalibi Bolqarıstan komandası olub. Onların aktivində 45,600 xal var. İtaliya gimnastları 44,500 xalla yarışı ikinci pillədə başa vurublar.

"Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 548 dəfə oxundu.