Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışın sonuncu günündə - mayın 9-da gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə 5 top, 3 halqa və 2 cüt gürzlə final mərhələlərində güclərini sınayacaqlar.

Azərbaycanı turnirdə təmsil edən Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova lentlə final yarışında mübarizə aparacaq. Avropa çempionatının üçqat medalçısı, “Tokio-2020”yə lisenziya qazanan qrup hərəkətləri komandamız isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlə final yarışında xalça üzərinə çıxacaq.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 375 dəfə oxundu.