Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə qələbə qazanıb
Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Açılış matçında "Keşlə" klubu "Sumqayıt"ı qəbul edib. "ASK Arena"dakı matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 78-ci dəqiqədə Rəhim Sadıxov penaltidən vurub.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran "gənclik şəhəri" təmsilçisi 3-cü pilləyə yüksəlib. "Keşlə" isə 23 xalla sonuncu sırada qalıb.

Günün digər oyununda hal-hazırda davam edən "Neftçi" "ASCO Arena"da "Səbail"lə qarşılaşır.

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Xəbər 357 dəfə oxundu.