Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstan yığmasına qalib gəlib
Mayın 8-də kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb.

Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə qarşılaşıb və rəqibini 3:0 (25:20, 25:22, 25:15) hesabı ilə məğlub edib.

Millimiz birinci oyununda Monteneqroya 1:3 hesabı ilə uduzub.

Yığmamız birinci dövrədə sonuncu oyununu mayın 9-da Yunanıstan seçməsinə qarşı keçirəcək.

Xəbər 354 dəfə oxundu.