Azərbaycan gimnastı Zöhrə Ağamirova dünya kubokunun finalına yüksəlib
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda fərdi gimnastların lent ilə yarışında finalçılar müəyyənləşib.

Gimnastımız Zöhrə Ağamirova həlledici mərhələyə yüksəlib. Təsnifat mərhələsində təmsilçimiz 21,275 xalla 6-cı olub və finala adlayıb.

Finalda Z.Ağamirova ilə yanaşı, Alina Harnasko (Belarus), bolqarıstanlı Boryana Kaleyn, İtaliya təmsilçisi Aleksandra Acurcukukuleze, rusiyalı Daria Trubnikova, sloveniyalı Yekaterina Vedeneyeva, Andria Verdes (Rumıniya) və bolqarıstanlı Katrin Taseva mübarizə aparacaqlar.

Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 333 dəfə oxundu.