Güləşçimiz Rafiq Hüseynov lisenziya turnirinin yarımfinalına vəsiqə qazanıb
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirinin yarımfinal mərhələsinə yüksəlib.

Turnirdə 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz yarışa qələbə ilə başlayıb. İkiqat Avropa çempionumuz Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək səkkizdəbir final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti rəqibi Qurpret Sinq (Hindistan) olub. Xalçadan qalib ayrılan təmsilçimiz dörddəbir finalda əlcəzairli Abd Elkrim Ouakalini üstələyərək yarımfinala adlayıb.

Təmsilçimiz Beka Kandelaki (130 kq) isə Oskar Marvikdən (Norveç) üstün olaraq dörddəbir finala yüksəlib. Təmsilçimiz növbəti görüşündə polşalı Rafal Krayevskiyə məğlub olub.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Xəbər 333 dəfə oxundu.