Azərbaycan gimnastları gürzlər ilə proqramlarını təqdim ediblər
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova gürzlər ilə proqramlarını təqdim ediblər. Hakimlərdən 23 xal alan Z.Ağamirova 13-cü, 21,650 xala layiq görülən A.Cəlilova isə 24-cü pillədə yer alıblar.

Gürzlər ilə yarışlara Rusiya gimnastı Daria Trubnikova (25,600 xal) başçılıq edir.

Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 1143 dəfə oxundu.