İkiqat Avropa çempionu Rafiq Hüseynov dünya Olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Turnirin üçüncü günündə - mayın 8-də yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Yunan-Roma güləşi üzrə millimizin üzvü Rafiq Hüseynov (77 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. İkiqat Avropa çempionumuzun növbəti rəqibi Qurpret Sinq (Hindistan) olacaq.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Xəbər 344 dəfə oxundu.