"Avro-2021": Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə qarşılaşacaq.

Millimiz birinci oyununda Monteneqroya 1:3 hesabı ilə məğlub olub.

Yığmamız birinci dövrədə sonuncu oyununu mayın 9-da Yunanıstan seçməsinə qarşı keçirəcək.

Xəbər 382 dəfə oxundu.