Azərbaycanın daha bir taekvondoçusu Avropa təsnifat turnirində mübarizəyə başlayır
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirində daha bir taekvondoçumuz mübarizəyə başlayır.

Olimpiya çempionumuz Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində yarışa qatılacaq.

Qeyd edək ki, turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bununla da taekvondo üzrə lisenziyaların sayı ikiyə çatıb.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Bu gün başa çatacaq turnirə Azərbaycan üç idmançı ilə qatılıb.

Xəbər 406 dəfə oxundu.