Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

Turnirin ikinci günündə - mayın 8-də fərdi gimnastlar gürzlər və lent, qrup komandalar isə 3 halqa və 2 cüt gürz ilə proqramlarını təqdim edəcəklər.

Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Azərbaycanı yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya əldə etmiş qrup hərəkətləri komandası təmsil edir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 345 dəfə oxundu.