Taekvondoçumuz TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirinə start verilib.

Yarışın birinci günündə iki taekvondoçumuz - 49 kiloqram çəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxıblar. Fəridə Əzizova birinci qarşılaşmada Rumıniya təmsilçisi Andreea Mocanu üzərində 8:2 hesablı qələbə qazanıb. Növbəti mərhələdə çexiyalı Petra Stolbovanı 11:4 hesabı ilə məğlub edən taekvondoçumuz yarımfinala vəsiqəni təmin edib. Növbəti rəqib ukraynalı idmançı Tatyana Tetereviatnikovanı da məğlub edən Fəridə Əzizova finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olub.

Digər təmsilçimiz Patimat Abakarova rumıniyalı Liana Musteataya uduzaraq yarışı erkən başa vurub.

Turnirdə Azərbaycanı 3 idmançı təmsil edir. Kişi taekvondoçumuz Radik İsayev (+80 kq) mübarizəyə mayın 8-də başlayacaq. Turnir iki gün davam edəcək.

Xəbər 416 dəfə oxundu.