Qrup hərəkətləri komandaları dünya kuboku yarışlarında mübarizəyə qoşulublar
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında qrup hərəkətləri komandaları mübarizəyə qoşulublar.

Qrup hərəkətləri komandaları 5 topla proqramlarını təqdim edirlər.

Ölkəmiz turnirdə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası təmsil olunur.

Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 362 dəfə oxundu.