Tbilisidə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Gürcüstanda yeniyetmə və gənclər arasında şahmat turniri keçiriləcək.

Turnir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə reallaşacaq.

Xatirə turniri mayın 10-da saat 10:00-dan etibarən səfirliyin Tbilisi şəhəri Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşən inzibati binasında start götürəcək.

İsveçrə sistemi ilə keçiriləcək turnirin yekununda hər iki kateqoriya üzrə ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları səfir Faiq Quliyev və Gürcüstan hökumətinin səlahiyyətli nümayəndələri tərəfindən təltif olunacaqlar.

Turnirdə iştirak etmək istəyən 8-14 və 14-35 yaşlı Gürcüstan vətəndaşları mayın 9-dək səfirliyin e-mailinə (tbilisi@mission.mfa.gov.az) yazmaqla və ya +995 577-60-60-06 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Xəbər 362 dəfə oxundu.