Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova top ilə proqramlarını təqdim ediblər
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova top ilə proqramlarını təqdim ediblər. Hakimlərdən 24,250 xal alan Z.Ağamirova 10-cu, 23,450 xala layiq görülən A.Cəlilova isə 13-cü pillədə yer alıblar.

Top ilə yarışlara Rusiya gimnastı Daria Trubnikova başçılıq edir.

Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 383 dəfə oxundu.