Kişi voleybolçulardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız Monteneqro millisi ilə qarşılaşır.
Millimiz “F” qrupunda Monteneqro ilə yanaşı, Gürcüstan və Yunanıstan komandaları ilə də qarşılaşacaq.

Yığmamızın heyətində Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elmin Alişanov, Kənan Allahverdiyev, Dimitriy Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko və Roman Qurskiy yer alıblar.

Voleybolçularımız mayın 8-də Gürcüstan, ertəsi gün isə Yunanıstan seçməsi ilə üz-üzə gələcəklər.

Xəbər 374 dəfə oxundu.