Belarus gimnastı Alina Harnasko halqa ilə yarışlarda liderliyi ələ alıb
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

Milli Gimnastika Arenasında gimnastlar fərdi proqramda halqa və topla proqramlarını təqdim edirlər.

Belarus gimnastı Alina Harnasko halqa ilə yarışlarda liderliyi ələ alıb. Gimnastın çıxışı hakimlər tərəfindən 25,300 xalla qiymətləndirilib. Bolqarıstanlı Katrin Taseva 25 xalla ikinci, İtaliya təmsilçisi Aleksandra Acurcukukuleze isə 24,850 xalla üçüncü pillədə qərarlaşıblar.

Azərbaycanı fərdi proqramda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova təmsil edəcəklər.
Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 872 dəfə oxundu.